10 il sonra ilk dəfə

Bu həftə çempionlar liqası və Avropa liqasının 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Allsport.az xəbər verir ki, aprelin 17-də “Mançester Siti” və “Arsenal” çempionlar liqasından kənarlaşdırılıb. “şəhərlilər” “Real”a, “topçular” isə “Bavariya”ya uduzub.

Aprelin 18-də “Liverpul” və “Vest Hem” Avropa liqasının yarımfinalına yüksələ bilməyib. Yurgen Klopun komandası “Atalanta”ya, David Moyesin komandası isə “Bayer-04”ə qalib gələ bilməyib.

Beləliklə, İngiltərə klubları 2014/15 mövsümündən sonra ilk dəfə çempionlar liqası və Avropa liqasının yarımfinal mərhələsində oynamayacaq.

Həmin kateqoriyadan