“Biz həmişə çıxış yolu tapırıq”

“Real”ın baş məşqçisi Karlo Ançelotti çempionlar liqasının 1/4 finalında komandasının “Mançester Siti”ni məğlub etdiyi (2:1, pen) oyun haqda danışıb.

Allsport.az xəbər verir ki, o, çox zəhmət çəkdiklərini bildirib:

Bütün bunları necə izah etmək olar? Yaxşı başladıq, irəli getdik, sonra sağ qalmaq üçün mübarizə aparmalı, zəhmət çəkməli olduq. Biz çox dərin müdafiə etdiyimiz üçün “Siti” nəzarətdə idi.

Bu gün çox yaxşı müdafiə olunduq. Söhbət sağ qalmaqdan gedirdi. Madrid çıxış yolu olmayan kimi görünən situasiyalardan çıxmaq üçün davamlı mübarizə üzərində qurulmuş bir klubdur, lakin biz həmişə çıxış yolu tapırıq.

Həmin kateqoriyadan