ÇL finalı Gürcüstanda?

Gürcüstanın baş naziri İrakli Kobaxidze çempionlar liqasının finalını 2028-ci ildə Tbilisidə keçirmək niyyətində olduğunu açıqlayıb.

Allsport.az xəbər verir ki, Gürcüstan hakimiyyəti Tbilisidə ÇL finalı səviyyəsində oyunlar keçirə biləcək 70 min tamaşaçı üçün futbol stadionu tikəcək.

“Biz idmana, daha dəqiq desək, futbol və reqbiyə aid olan mühüm meqalayihəni elan etmək istərdik. Biz Tbilisidə bu 2 idman növünə xidmət edəcək yeni stadion tikmək istəyirik. O, 70 min tamaşaçı tutumuna malik olacaq və ən yüksək beynəlxalq standartlara cavab verən stadion olacaq ki, bu da bizə çempionlar liqasının finalı da daxil olmaqla, paytaxtımızda ən yüksək səviyyəli oyunları keçirmək imkanı verəcək”.

Həmin kateqoriyadan