“Komanda ilə fəxr edirəm”

“Mançester Siti”nin hücumçusu Erlinq Holand komandanın çempionlar liqasını tərk etməsini şərh edib.

Allsport.az xəbər verir ki, o, komandası ilə fəxr etdiyini bildirib:

“Çempionlar liqasını belə tərk etmək çətindir, amma komanda ilə fəxr edirəm, biz hər şeyimizi verdik və sona qədər mübarizə apardıq. Bu həftəsonundan başlayaraq hələ də nail olmaq üçün hədəflərimiz var, gəlin bunu həyata keçirək. Həmişə olduğu kimi, dəstəyinizə görə təşəkkür edirəm”.

Həmin kateqoriyadan