“”Milan”ı məğlub etmək üçün qüsursuz oynamalı idik”

“Roma”nın baş məşqçisi Daniele de Rossi Avropa liqasının yarımfinal mərhələsinə yüksəlməsini şərh edib.

Allsport.az xəbər verir ki, o, komandasını tərifləyib:

“Milan”ı məğlub etmək üçün qüsursuz oynamalı idik. Bizə möhkəmlik lazım idi, çünki on nəfərə düşəndə ​​intensiv, lakin ağıllı və taktiki oynamalı idik. Sadəcə qaçmaq kifayət deyil.

Belə bir komandanın məşqçisi olduğum üçün həqiqətən fəxr edirəm. Bu asan deyildi, çünki “Milan” çox güclü, yaxşı futbol oynayan komandadır. Dünən gördük ki, hətta “Real” da müdafiəyə keçdi, biz də bunu məqamı olanda etdik”.

Həmin kateqoriyadan