“Rəqib mükəmməl oynadı”

“Liverpul”un müdafiəçisi və kapitanı Vircil van Deyk Avropa liqasını tərk etməsinə münasibət bildirib.

Allsport.az xəbər verir ki, niderlandlı futbolçu rəqib klubu təbrik edib:

“Atalanta”nın haqqını vermək lazımdır. Rəqib mükəmməl oynadı. Onlar irəliləməyə layiq idilər və biz bunu özümüz üçün çox çətinləşdirdik. Möhtəşəm matç oldu, qalib gəldik, amma kənarda qaldıq.

Bəlkə də bəzən çox tələsdik. Hamı ikinci və üçüncü qolları vurmağa çalışırdı. Məyus olduq, çünki Avropa liqasını qazanmaq istəyirdik. Çox müsbət məqamlar oldu, amma indi hisslər pisdir”.

Həmin kateqoriyadan