İtaliyadan 5 klub ÇL-yə

“Roma” 2023/24 Avropa Liqasının “Milan” üzərində 2:1 hesablı qələbəsi sayəsində yarımfinala yüksəlib, “Atalanta” isə ikinci oyunda 0:1 hesabı ilə uduzmasına baxmayaraq, “Liverpul”u yarışdan kənarlaşdırıb.

Allsport.az xəbər verir ki, İtaliya komandalarının uğurlu çıxışları o deməkdir ki, 2024/2025 mövsümündə “A” seriyasından beş komanda mütləq çempionlar liqasında mübarizə aparacaq.

İtaliya çempionatı UEFA-nın əmsallar cədvəlində mövsümün ən yaxşı 2 liqasında yer alması sayəsində çempionlar liqasında əlavə yeri təmin edib. Bu, turnirin formatının ciddi şəkildə dəyişəcəyi növbəti çempionlar liqasından qüvvəyə minəcək yeni qaydadır.

“A” seriyası gələn mövsüm Avropa yarışlarına 8 komanda yollayacaq – 5-i çempionlar liqasında, 2-si Avropa liqasında və 1-i konfrans liqasında.

Həmin kateqoriyadan