Yaponiya qran-prisinin qalibi məlum oldu

Formula1 üzrə dünya çempionatının 17-ci mərhələsinin – Yaponiya qran-prisinin qalibi müəyyənləşib.

Allsport.az xəbər verir ki, “Mersedes”in finlandiyalı sürücüsü Valtteri Bottas finiş xəttinə 1-ci çatıb.

2-ci yeri “Ferrari”nin alman pilotu Sebastyan Fettel, 3-cü sıranı isə “Mersedes”in digər üzvü Lüis Həmilton tutublar.

Qeyd edək ki, Formula1 üzrə dünya çempionatının növbəti – 18-ci mərhələsi oktyabrın 25-27-də Meksikada keçiriləcək.

Həmin kateqoriyadan