“Vüqar Həşimov” şahmat akademiyasında gənclər üçün master-klass

Vüqar Həşimov adına şahmat akademiyasının müəllimi Anar Allahverdiyev uşaqlar üçün seans məşğələsində iştirak edib.

Allsport.az xəbər verir ki, əməkdar məşqçi, eyni anda 20-dək gənclə seans oyunu keçirib və oyun ərzində uşaqlara faydalı məsləhətlərini verib.

Mütəmadi olaraq bu tipli tədbirlər təşkil edən şahmat akademiyası ölkədə gənc şahmatçıların yetişdirilməsi və ümumiyyətlə şahmat idman növünün kütləviləşməsinə öz töhfəsini verir.

Həmin kateqoriyadan