Vüqar Həşimovun xatirə turnirində kimlər fərqlənib?

Dünyanın məşhur qrossmeysteri Vüqar Həşimovun xatirəsinə şahmat turniri başa çatıb. Allsport.az saytı xəbər verir ki, mərhum zəka sahibinin adını daşıyan akademiyada keçirilən yarışda 8-10-12 yaşadək uşaqlar mübarizə aparıblar.

Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olub.

Gərgin mübarizədə 8,5 xal toplayan Xəzər Babazadə qalib olub. Toğrul Əliyev 7,5 xalla 2-ci, Seyid Hüseyn 7 xalla 3-cü yeri tutub.

Həmin kateqoriyadan