Yeni transfer debütanta qələbə gətirdi

«Xəzər adaları» klubu futzal çempionatının Yüksək liqasında yaranan fasilədən istifadə edərək, bu gün «Neftçi» klubu ilə yoldaşlıq matçına çıxıb.

Allsport.az saytı xəbər verir ki, «ABU-Arena»da gərgin keçən mübarizədə debütant «ağ-qaralar»ı 1:0 hesabı ilə üstələyib. «Xəzər adaları»ndan yeni transfer Çiko Raulista fərqlənib.

Çempionatın davamı fevralın 20-dən sonra başlayacaq.

Həmin kateqoriyadan