“Zirə”nin yeni kapitanı yeni komandasında ilk qolunu vurub

“Zirə”nin kapitanı Cavid Hüseynov yeni komandasında sifdə edib. Allsport.az saytı xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilk qolunu özünün 2-ci oyununda vurub. O, premyer liqanın “Neftçi” ilə ev matçının 27-ci dəqiqəsində fərqlənərək “qartallar”a minimalhesablı qələbə qazandıran qolun müəllifi olub.

Cavid “Zirə”ni oyunlarda rəqib qapısına yol tapan 35-ci futbolçusudur. Onadək 34 oyunçu bunu bacarmışdı. Bombardirlər siyahısına isə 14 qol vuran Nelson Bonilla başçılıq edir.

Bütün turnirləri nəzərə almaqla Cavidə qədər 57 futbolçu “Zirə” forması ilə fərqlənmişdi. Hüseynov bu siyahıda 58-ci olub.

Həmin kateqoriyadan