Astana “Böyük dəbilqə” turnirinin 3-cü günündə 5 cüdoçumuz tatamiyə çıxacaq

Astana “Böyük dəbilqə” turnirinin 3-cü günündə 5 cüdoçumuz tatamiyə çıxacaq

Allsport.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “Böyük Dəbilqə” turniri davam edir.

İyunun 18-də yarışda 3 çəki dərəcəsində 5 cüdoçumuz tatamiyə çıxacaq. Kişilər arasında 90 kq çəkidə Vüqar Talıbov və Elcan Hacıyev, 100 kq çəkidə Aslan Mirzəyev, +100 kq çəkidə isə Uşanqi Kokauri və Camal Qamzatxanov medallar uğrunda mübarizə aparacaq.

Həmin kateqoriyadan