Kubokun sahibi “Saatlı” olub

Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş veteran kişi voleybolçular arasında 1-ci kuboku bu gün başa çatıb.

Azərbaycan voleybol federasiyasının idman zalında təşkil olunan yarışın son günü iki qarşılaşma keçirilib.

“İceland” komandası “Algo Biç”lə, “Bosşelf” isə “Saatlı” kollektivi ilə üz-üzə gəlib.

Hər iki matçda 2:0 hesabı qeydə alınıb. “Algo Beach” və “Saatlı” komandaları turnirin son günündə meydandan qalib ayrılıblar.
Beləliklə, dörd komandanın mübarizə apardığı turnirin nəticələrinə görə keçirdiyi bütün matçlarda qalib gələn “Saatlı” yarışın kubokunu qazanıb.

“Bosşelf” 2-ci, “Algo Beach” 3-cü, “İceland” isə sonuncu olub.

Qarşılaşmalardan sonra mükafatlandırma mərasimi baş tutub. Komandalara kubok, medallar və diplomlar təqdim olunub.

Həmin kateqoriyadan