“Bavariya” onları Noyerin əvəzediciləri hesab edir

“Milan”ın qapıçısı Mayk Meniyan və “Portu”nun qapıçısı Dioqo Koşta “Bavariya”nın qısa siyahısındadır.

Allsport.az saytı xəbər verir ki, Münxen klubu Manuel Noyerin uzun sürən sağalması fonunda fransalını və portuqaliyalını nəzərdən keçirir. Almaniya millisinin qapıçıs 2024-cü ildə tam şəkildə yaşıl meydana qayıda biləcək.

Ötən mövsüm Meniyan “Milan”ın heyətində 29 oyun keçirib və 27 qol buraxıb. Kosta 41 görüşdə rəqiblərinə 30 dəfə öz qapısına dəqiq zərbə endirməyə icazə verib.

Həmin kateqoriyadan