- Baxış sayı: 42
- 19 İyun 2026 00:58
- Baxış sayı: 80
- İyun 18, 2026
- 0

“Mançester Yunayted”, “Çelsi”dən Meyson Mountu almaq niyyətindədir. Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar” yarımmüdafiəçi üçün 55 milyon funtsterlinq təklif edəcək.
Mount Erik Ten Haqın yay üçün əsas hədəfidir. Məşqçi müqavilənin tez bağlanmasını istəyir. “Mançester Yunayted”dəki mənbələr ingilislərin transferi ilə bağlı müzakirələrin başlamaq üzrə olduğunu bildirib.
Meysonun “Çelsi” ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər davam edir.
“Arsenal” və “Liverpul” da yarımmüdafiəçisinə maraq göstərir. Bununla yanaşı, “zadəganlar”ın yeni baş məşqçisi olacaq Maurisio Poçettino Mountun istedadının böyük pərəstişkarıdır.
Yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda “Çelsi” üçün 35 qarşılaşmada 3 qol və 6 məhsuldar ötürmə edib.