Ələsgərovun komandası azarkeşlərin hücumuna məruz qaldı

Ələsgərovun komandası azarkeşlərin hücumuna məruz qaldı

Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərovun çıxış etdiyi “Bursaspor” komandası azarkeşlərin hücumuna məruz qalıb.

Allsport.az xəbər verir ki, hadisə “timsahlar”ın səfərdə “Qocaəlispor”a 1:2 hesabı ilə uduzduqları TFF 1-ci liqasının XII tur oyundan əvvəl baş verib.

Fanatlar avtobusu stadiona daxil olarkən təpikləməyə başlayıb. Bundan əlavə, tərəfdarlar avtobusa butulkalar da atıblar.

“Bursasspor”un yeganə qolunu 60-cı dəqiqədə penaltidən Namik Ələskərov vurub.

Həmin kateqoriyadan