Əlcəzairli yarımmüdafiəçi “Səbail”də

Avropa liqasında debüt edəcək “Səbail” daha bir futbolçu ilə müqavilə bağlayıb.

Allsport.az saytı xəbər verir ki, ötən mövsümü “Zirə”də keçirmiş Bilal Həmdi ilə müqavilə imzalayıb. Əlcəzairli yarımmüdafiəçinin sözləşməsinin müddəti açıqlanmayıb.

“Səbail” buna qədər Kamal Bayramov, Dilan Duventru, Turan Manafov, Ürfan Abbasov, Daniel Bojinovski və Mirabdulla Abbasovu da transfer edib.

Həmin kateqoriyadan