Ən çox və ən az futbolçudan istifadə edən klublar

Azərbaycan premyer liqasında il ərzində ən çox futbolçudan istifadə edən komandanın adına aydınlıq gəlib.

Allsport.az xəbər verir ki, siyahının ilk pilləsində “Sabah” klubu qərarlaşıb.

Paytaxt təmsilçisi 29 matçda 40 oyunçunun xidmətindən yararlanıb. “Səbail” (30 oyuna 37 futbolçu) 2-ci, “Neftçi” (29 oyuna 35 futbolçu) isə 3-cü sırada yer alıb.

29 oyun “Keşlə” 34, “Sumqayıt” 33, “Qəbələ” və “Zirə” isə hərəyə 32 futbolçudan yararlanıb. Çempionatda ən az futbolçusunu meydana buraxan komanda isə “Qarabağ”dır. Ağdam təmsilçisi 30 qarşılaşmada 27 oyunçuya güvənib.

Araşdırma 2020-ci il noyabrın 15-dən 2021-ci il noyabrın 15-dək aparılıb.

Həmin kateqoriyadan