“Əsas odur ki, səhvlərdən dərs çıxaraq”

“Kəpəz”in futbolçusu Əhməd Ayzaya açıqlamada verib. Allsport.az saytı xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi səhvlərdən nəticə çıxarmaq lazım olduğunu qeyd edib:

“Oyundan-oyuna, gündən-günə inkişaf edirik. Fikrimcə, “Qəbələ”yə qarşı görüşdə “Neftçi” ilə olduğundan daha yaxşı mübarizə apardıq. Amma ortada yenə məğlubiyyət var.

Hər matçdan sonra çatışmazlıqları təhlil edirik, harda nəyi düzgün etmədiyimizi görürük. Əsas odur ki, səhvlərdən dərs çıxaraq, öyrənək, verilən tapşırıqları yerinə yetirək”.

Həmin kateqoriyadan