“Milli fasilədən maksimum yararlanmağa çalışacağıq”

“Milli fasilədən maksimum yararlanmağa çalışacağıq”

“Sumqayıt” premyer liqanın XI turunda səfərdə “İmişli” ilə 0:0 hesablı heç-heçə edib. Allsport.az xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Filipe Kandido bunu deyib:

“Təxminən bilirdim ki, balanslı oyun olacaq. Çünki indiyə qədər yalnız “Neftçi” və “Qarabağ” burada bu komandaya qalib gələ bilib. Turnir cədvəli baxımından da bizim üçün vacib oyun idi. Biz rəqibdən yaxşı oynadıq. Amma bu, qələbə üçün bəs etmədi. 90 dəqiqə ərzində daha yaxşı qol vəziyyətləri yarada bilərdik. Asan deyildi. Rəqib kompakt müdafiə olunursa, çətindir. “İmişli”nin də əks-hücumlarda imkanları oldu. İlk dəfə idi ki, qol buraxmadıq. Amma məşqçi olaraq, istəyirdim ki, qələbə qazanaq. İkinci hissədə qol vurduq. Çox cüzi fərqlə oyundankənar vəziyyət qeydə alındı. Son 8 oyunda sadəcə “Zirə”yə uduzmuşuq. Amma oyunumuzu inkişaf etdirməliyik. Milli fasilədən maksimum yararlanmağa çalışacağıq”.

Həmin kateqoriyadan