Çimərlik güləşçilərimiz olimpiadanı 3 medalla başa vurub

Çimərlik güləşçilərimiz olimpiadanı 3 medalla başa vurub

Azərbaycan komandası Dəkər-2026 yeniyetmələrin IV yay olimpiya oyunlarının çimərlik güləşi yarışlarını üç medalla başa vurub.

Allsport.az xəbər verir ki, millimizin üzvləri Tunar Quliyev (70 kq) və Elgün Kərimli (90 kq) qızıl, Nihad Süleymanlı (80 kq) isə gümüş medal qazanıb.

Tunar Quliyev finalda Gürcüstan təmsilçisi Luka Maxaradzeni məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. “A” qrupunda mübarizə aparan güləşçimiz Yeni Zelandiya, Anqola və Puerto-Riko təmsilçilərinə qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda Ukrayna idmançısı Mikita Kuzmenkoya da üstün gəlib.

Elgün Kərimli də final görüşündə Gürcüstan təmsilçisi Nuradin Mustafayevi məğlub edərək qızıl medal əldə edib. “B” qrupunda çıxış edən idmançımız Moldova, Mərakeş və Braziliya təmsilçilərini üstələyib. Yarımfinalda isə Seneqal güləşçisi Ablaye Diufu mübarizədən kənarlaşdırıb.

Azərbaycan millisinin digər üzvü Günel Kərimli (55 kq) yarışı beşinci pillədə tamamlayıb.

Həmin kateqoriyadan