- Baxış sayı: 33
- 08 Noyabr 2026 17:35
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Dəkərdə keçirilən yeniyetmələrin IV yay olimpiya oyunlarında çimərlik güləşi üzrə gümüş medal qazanan Nihad Süleymanlı yarışla bağlı təəssüratlarını bölüşüb.
Allsport.az xəbər verir ki, idmançı nəticəni uğurlu hesab etsə də, qızıl medal qazana bilmədiyi üçün təəssüfləndiyini bildirib:
“Şükürlər olsun ki, gümüş medal qazandım. Bu nəticə qızıl da ola bilərdi. Təəssüf ki, bir anlıq səhvimə görə ikinci yeri tutdum. Lakin bu, son deyil. Qarşıda bizi daha mötəbər yarışlar gözləyir. İnşallah, bu gümüşü qızıla çevirmək üçün əlimdən gələni edəcəyəm”.
Rəqibi ilə mübarizəyə də toxunan güləşçi hər yarışın onun üçün təcrübə olduğunu vurğulayıb:
“Bakıda keçirilən dünya çempionatında mən qalib olarkən rəqibim ilk üçlüyə belə düşə bilməmişdi. Bu dəfə isə bir anlıq səhv və rəqibin günündə olması nəticəyə təsir etdi. Hər yarışdan dərs çıxarmaq lazımdır. İnşallah, növbəti turnirlərdə hər şey daha yaxşı olacaq”.
Süleymanlı gələcək beynəlxalq yarışlarda Azərbaycanı daha yüksək səviyyədə təmsil etmək üçün hazırlıqlarını davam etdirəcəyini bildirib.