“10 oyundur qələbə qazanmırdıq“

Premyer liqanın 24-cü turunda “Zirə” səfərdə “Araz-Naxçıvan”ı 3:0 məğlub edib. Allsport.az xəbər verir ki, qonaqların baş məşqçisi Rəşad Sadıqov oyun haqda danışıb:

“10 oyundur qələbə qazanmırdıq. Futbolçular kritik vəziyyətdə qələbə qazandılar. Əzimkarlıq göstərdilər.

İlk hissə hər 2 komanda ehtiyatlı oynayırdı. Fasilədən sonra daha açıq futbola üstünlük verildi. Hansısa komandanın fərqlənəcəyi kimi görünürdü. İkinci qoldan sonra komanda rahatlandı”.

Həmin kateqoriyadan