100-cü oyun

Filip Ozobiç “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib. Allsport.az xəbər verir ki, yarımmüdafiəçinin yubileyi premyer liqanın XII turuna təsadüf edib.

Ağdam klubuna keçməzdən öncə şərəfini qoruduğu “Qəbələ”yə qarşı matç onun üçün 100-cü olub. Görüş 0:0 hesabı ilə başa çatıb. Ozobiç 2018-ci ilin yayından formasını geyindiyi “Qarabağ”da keçirdiyi 100 qarşılaşmada 31 qola imza atıb.

O, Premyer liqada 62 oyunda 27, avrokuboklarda 34 matçda 4 qola imza atıb. Yarımmüdafiəçi Azərbaycan kubokunda 4 dəfə meydana çıxıb. Ozobiç “Qarabağ”ın tarixinə 100 və daha çox oyun keçirən 48-ci futbolçu kimi düşüb.

Filipin “Qarabağ”da debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Sloveniyadakı matça (1:0) təsadüf edib.

Həmin kateqoriyadan