100-cü səfər qolunu buraxıb

“Səbail” premyer liqada səfərdə 100-cü qolunu buraxıb. Allsport.az saytı xəbər verir ki, bu topu “Neftçi”nin futbolçusu Azər Salahlı vurub.

0:2 hesabı ilə uduzan “dənizçilər” 61-ci səfər görüşünə qədər 98 dəfə topu qapısında görmüşdü. XVIII turun qarşılaşmasında bu rəqəm 100-ə çatıb.

“Səbail” ölkə çempionatları tarixinə səfərdə 100 və daha çox top buraxan 28-ci komanda kimi düşüb. Antirekord “Turan”a məxsusdur. Tovuz klubu 432 qol buraxıb.

Həmin kateqoriyadan