- Baxış sayı: 15
- 04 Noyabr 2026 10:53
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola karyerasının 1000-ci oyununu keçirib.
Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssisin yubileyi “Liverpul”la ev oyununa təsadüf edib. Matç “şəhərlilər”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qvardiola “Mançester Siti”də 550, “Bavariya”da 161, “Barselona”da 289 oyun keçirib.