- Baxış sayı: 22
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

İngiltərə millisinin futbolçusu Cud Bellinqem İspaniyanın “Real” klubunda bir sıra nailiyyətlərə imza atıb.
Allsport.az xəbər verir ki, yarımmüdafiəçi buna “Rasinq”ə qalib gəldikləri (3:0) la liqanın XI turunun oyununda nail olub.
O, “Kral klubu”nun heyətində 50-ci dəfə fərqlənib. 23 yaşlı oyunçu bu göstəriciyə 154-cü matçda çatıb.
Bellinqem Madrid təmsilçisinin tarixində 50 qol vuran 50-ci futbolçudur. O, debüt etdiyi 2023/2024 mövsümündən bəri bütün turnirlərdə 50 qol vuran la liqadakı yeganə yarımmüdafiəçidir.
Bundan əlavə, futbolçu “Real”da 49 qola imza atmış Zinəddin Zidanı da üstələyib.