Bir oyunda 5 statistik göstərici

Bir oyunda 5 statistik göstərici

“Los Anceles Leykers”in basketbolçusu Luka Donçiç “Toronto Reptors”la oyunda 45 xal toplayaraq NBA tarixində unikal göstəriciyə imza atıb.

Allsport.az xəbər verir ki, sloveniyalı basketbolçu 35 dəqiqə ərzində 15 götürmə, 6 məhsuldar ötürmə və 5 top oğurlaması ilə yadda qalıb. O, həmçinin 8 üçxallıq atışdan dəqiq yararlanıb.

Beləliklə, Donçiç NBA tarixində bir oyunda 45-dən çox xal, 15-dən çox götürmə, 5-dən çox məhsuldar ötürmə, 5-dən çox top oğurlaması və 5-dən çox üçxallıq atış reallaşdıran ilk basketbolçu olub.

“Leykers” görüşdə “Toronto”nu 131:125 hesabı ilə məğlub edib.

Həmin kateqoriyadan