- Baxış sayı: 50
- 30 Oktyabr 2026 10:39
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycanın U-16 voleybol milliləri Avropa çempionatının I təsnifat mərhələsində mübarizə aparacaqlar.
Allsport.az xəbər verir ki, oğlan və qızlardan ibarət yığmalarımız noyabrın 19-dan 22-dək keçiriləcək EEVZA çempionatında iştirak edəcəklər.
Oğlanlardan ibarət komandamız Riqada “B” qrupunda Latviya və Finlandiya yığmaları ilə qarşılaşacaq. Qızlardan ibarət millimiz isə Estoniyanın Kaariku şəhərində “B” qrupunda Estoniya, Litva və Ukrayna komandaları ilə mübarizə aparacaq.
Reqlamentə əsasən, qruplarda ilk üç yeri tutan komandalar yekun sıralama uğrunda mübarizə aparacaqlar. Qrup qalibləri finalda qarşılaşacaq. Bu görüşün qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.
Millilərimizin oyunlarının təqvimi:
Oğlanlar
19 noyabr
18:00. Latviya – Azərbaycan
20 noyabr
18:00. Azərbaycan – Finlandiya
Qızlar
19 noyabr
19:00. Estoniya – Azərbaycan
20 noyabr
16:00. Azərbaycan – Ukrayna
21 noyabr
19:00. Litva – Azərbaycan
Oyunların başlama saatları yerli vaxtla göstərilib.