18 ildən sonra

“Kəpəz” ölkə kubokunda 3-cü dəfə böyük hesabla uduzub. Allsport.az saytı xəbər verir ki, Gəncə klubu 1/8 finalda “Sabah”a 0:3 yenilib.

Bunadək “sarı-göylər” 18 il idir səfərdə böyük hesabla üzülməyib. Belə məğlubiyyət 2003/04 mövsümündə Şəmkirdə eyniadlı komandaya qarşı olub – 0:5.

İlk dəfə 3 top fərqi ilə uduzan “Kəpəz”in digər böyük yenilgisi 3 il əvvəl “Səbail”lə ev matçına təsadüf edib – 0:4.

Həmin kateqoriyadan