- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 41
- İyun 22, 2026
- 0

Premyer liqanın XXVIII turunda “Neftçi” “Qarabağ”ı qəbul edəcək. Allsport.az xəbər verir ki, çempionluq matçı komandaların baş məşqçiləri – Samir Abbasov və Qurban Qurbanovun 19-cu dueli olacaq.
Əvvəlki görüşlərin 2-də Abbasov, 13-də Qurbanov üstün tərəf olub, 3 matçda qalib müəyyənləşməyib. Samir Abbasov “Neftçi”yə gəldikdən sonra baş tutan yeganə görüşdə “ağ-qaralar” qələbə qazanıb.
“Dalğa Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 20:30-da start götürəcək.