Avropa çempionatında liderliyə yüksəldi

Avropa çempionatında liderliyə yüksəldi

Yunanıstanın Krit adasının Hersonissos şəhərində şahmat üzrə yeniyetmələr arasında keçirilən Avropa çempionatında V tur başa çatıb.

Allsport.az xəbər verir ki, 18 yaşadək qızların mübarizəsində Azərbaycan təmsilçisi Nərmin Abdinova 5 oyunun hamısında qələbə qazanaraq 5 xalla turnir cədvəlinə başçılıq edir. O, ən yaxın izləyicisini 1 xal qabaqlayır.

18 yaşadək oğlanların yarışında Tunar Davudov liderdir. 16 yaşadək oğlanların mübarizəsində isə Paşam Əlizadə ikinci pillədə qərarlaşıb.

Səfa Hümmətov (U-14), Nurtən Nuriyeva (U-18) və Şəmsi Qaraxanov (U-14) da ilk onluqda yer alaraq medal şanslarını qoruyurlar.

Bu gün çempionatda istirahət günüdür.

Avropa çempionatına noyabrın 12-də yekun vurulacaq.

Həmin kateqoriyadan