- Baxış sayı: 32
- 10 Noyabr 2026 13:19
- Baxış sayı: 259
- Noyabr 09, 2026
- 0

“Turan Tovuz” premyer liqanın 4-cü turunda səfərdə “Sumqayıt” ilə 0:0 edib. Allsport.az saytı xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bunu deyib:
“Çətin oyun olacağını bilirdik. Biz də xal ehtiyatımızı artırmaq istəyirdik. Müsahibələrimdə də demişdim ki, oyun mübarizə oyunu olacaq. Futbolçularımdan razıyam.
Rəqibin sonlara yaxın epizodu olsa da, bizim 2-3 real imkanımız oldu. Vuracağımız 1 qol oyunun axarını dəyişə bilərdi. Yeni komandayıq. Hər xal bizim üçün vacibdir. Səfərdən 1 xalla dönmək yaxşı nəticədir”.