- Baxış sayı: 35
- 22 İyun 2026 17:20
- Baxış sayı: 63
- İyun 22, 2026
- 0

“Kəpəz” premyer liqanın 4-cü turunun səfərdə “Səbail”ə 1:4 məğlub olub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Yaşar Vahabzadə bunu deyib:
“Birinci hissədə üstünlüyümüz var idi. Qol imkanlarımız da oldu. Yalnız birindən istifadə edib qol vurduq. Digər epizodlardan da lazımınca istifadə etməli idik. 2-ci hissəyə pis başladıq, qapımızda qol gördük. Öz səhvimizdən ikinci qolu buraxdıq.
Bundan sonra qırmızı vərəqə aldıq. Son nəticədə də 4:1 hesabı ilə uduzduq. Uşaqlar futbol oynamaq istəyirdilər, oynayırdılar da. Azlıqda qalandan sonra da müdafiədə oturmadıq. Hücumlar təşkil etdik. Hesab fərqini azaltmaq istəyirdik, amma alınmadı”.