“2-ci yarıda daha çox hesabı qorumağa çalışdıq”

Premyer liqanın II turunun “Qəbələ” – “Şamaxı” oyunundan (3:1) sonra, meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir:

“Bizi ağır oyunun gözlədiyini bilirdik. “Şamaxı” gənc və perspektivli futbolçulardan ibarət kollektivdir. Birinci hissəyə yaxşı başladıq. Hücumlarımızın ardını da gətirib qollar vurduq. İkinci yarıda daha çox hesabı qorumağa çalışdığımızı ya da gücümüzə qənaət etmək fikrində olduğumuzu düşünürəm.

Nəticə də daha rahat oynamağa imkan verirdi. Komandanın matça yanaşmasından razıyam. İnanıram ki, qarşıdakı turlarda daha məzmunlu və daha yaxşı oyun görəcəyik. Futbol emosiya oyunudur. Oyunda hər futbolçu öz emosiyasını göstərə bilər”.

Həmin kateqoriyadan