- Baxış sayı: 6
- 10 Noyabr 2026 13:19
- Baxış sayı: 255
- Noyabr 09, 2026
- 0

Bu gün premyer liqanın 8-ci turunda “Neftçi” rəqib meydanında “Qarabağ”a 1:3 yenildi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Laurentsiu Regekampf məğlubiyyətə belə şərh verdi:
“Çox təəssüfedicidir, üstün olduğumuz oyunda uduzduq. Futbolçular anlamalıdırlar ki, mübarizə 90 dəqiqədədir. 2-ci yarıda komanda boşaldı. Rəqib də bundan lazımınca yararlandı.
Bu bizim “Qarabağ”la ilk oyunumuzdur. Qarşıda 3 belə matç var. Rəqibi təbrik edirəm. Yaxşı oynadıq, sadəcə, arxayınçılığın qurbanı olduq. Görüşü təhlil edəcəyik”.