2 futbolçu cəzalı duruma düşdü

Azərbaycan premyer liqasında 2 futbolçu sarı vərəqə limiti üzündən cəzalı duruma düşüb.

Allsport.az xəbər verir ki, “Qarabağ” Filip Ozobiçin, “Keşlə” Şəhriyar Əliyevin xidmətindən məhrum olub.

Hər iki oyunçu X turda aldıqları vərəqə ilə xəbərdarlıq sayını 4-ə çatdırıb. Filip “Sumqayıt” (4:0), Şəhriyar “Neftçi” (3:2) üzərində qələbə zamanı cəzalanıb.

Milli komandaların qarşılaşmaları ilə əlaqədar fasilə ərəfəsində alınan xəbərdarlıqlar onların XI turda oynamasına “qırmızı işıq” yandırıb. Ozobiçlə Əliyev növbəti turda baş tutacaq “Qarabağ” – “Keşlə” görüşünü buraxacaq.

X turda daha 2 oyunçu qırmızı vərəqə üzündən cəzalı duruma düşüb. Yurgen Qoxa “Səbail”in, Xuan Kamara “Sabah”ın növbəti matçında iştirak etməyəcək.

Həmin kateqoriyadan