- Baxış sayı: 33
- 25 Aprel 2024 21:35
- Baxış sayı: 44
- Aprel 23, 2024
- 0
Premyer liqanın 12-ci turu 2 futbolçunun Azərbaycan çempionatlarında 200-cü oyununu keçirməsi ilə əlamətdar olub.
Allsport.az xəbər verir ki, hər iki futbolçu “Sabah” – “Keşlə” matçında (2:1) meydana çıxıb.
Bəxtiyar Həsənalızadə meydan sahiblərinin, Tərlan Quliyev qonaqların heyətində şans qazanmaqla yubiley görüşünü keçirib.
Debütü daha tez – 2009/10 mövsümündə gerçəkləşən Tərlan bu müddətdə 3 qol vurub. O, “Keşlə”də 101 (2 qol), “Neftçi”də 48, “Kəpəz”də 35 (1 qol), “Sumqayıt”da 10, “Qarabağ”da 6 matça çıxıb.
2011/12 mövsümündə debüt edən Bəxtiyarın aktivində isə 4 top var. O, “Sumqayıt”da 158 (4 qol), “Zirə”də 23, “Sabah”da 19 oyunda iştirak edib.