- Baxış sayı: 38
- 22 İyun 2026 20:27
- Baxış sayı: 39
- İyun 22, 2026
- 0

“Zirə” premyer liqada 200-cü qolunu vurub.
Allsport.az xəbər verir ki, bu, 10-cu turun “Sabah”la matçına təsadüf edib. 3:3 hesablı səfər qələbəsində het-trikə imza atan Davit Volkovun ilk qolu klub tarixinə premyer liqadakı yubiley topu kimi düşüb.
2015-ci ildən yüksək dəstədə çıxış edən “qartallar” burada keçirdiyi 178-ci oyunda qol sayını 202-yə çatdırıb. Bu toplardan 111-i evdə, 91-i səfərdə vurulub.
“Zirə” premyer liqada ilk qolunu 2015-ci il avqustun 9-da AZAL-la ev qarşılaşmasında vurub. Həmin görüşdə Viktor İqbekoyi 1:0 hesablı qələbəni gətirən topun müəllifi olub.