2022/23-ün ən yaxşı gənc oyunçusu

Allsport.az xəbər verir ki, “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya UEFA-nın texniki müşahidəçiləri tərəfindən Çempionlar liqasının 2022/23 mövsümünün ən yaxşı gənc futbolçusu seçilib.

Gürcüstanlı oyunçu komandada çıxış etdiyi ilk mövsümdə “Napoli”nin 1990-cı ildən bəri ilk dəfə İtaliya çempionluğunu qazanmağa kömək edib və “A” seriyasında mövsümün oyunçusu kimi tanınıb.

22 yaşlı futbolçunun hesabında Çempionlar liqasında 9 oyun, 2 qol və 4 məhsuldar ötürmə var. 

Ümumilikdə Kvaratsxeliya “Napoli”nin heyətində 43 oyun keçirib, 14 qol vurub və 17 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan