25-ci məğlubiyyət

“Səbail” premyer liqada özünün 25-ci ev məğlubiyyətini alıb. Paytaxt klubu bu uğursuzluqla beşinci turda üzləşib. Aftandil Hacıyevin yetirmələri “Zirə”yə 1:2 hesabı ilə uduzublar.

Allsport.az xəbər verir ki, “Səbail” premyer liqa tarixində özünün 55-ci ev oyununu keçirib. 55-ci matç 25-ci məğlubiyyətlə nəticələnib. Klubun ilk ev məğlubiyyəti 2017-ci il sentyabrın 17-nə təsadüf edib. Həmin gün “Qəbələ” səfərdə “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib.

Həmin kateqoriyadan