31-ci lisenziya

Milli paralimpiya komandamız “Tokio-2020” yay paralimpiya oyunlarına daha 11 lisenziya qazanıb. Allsport.az xəbər verir ki, reytinq xalı qazandıran yarışlarda yüksək nəticələr əldə etmiş 6 kişi və 5 qadın paracüdoçumuz “Tokio-2020”də iştirak hüququ qazanıb.

Kişilərin yarışında ölkəmizi Vüqar Şirinli (60 kq), Namiq Abaslı (66 kq), Ramil Qasımov (73 kq), Hüseyn Rəhimli (81 kq), Kənan Abdullaxanlı (100 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) təmsil edəcəklər.

Qadınların mübarizəsində isə Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) və Dürsədəf Kərimova (70 kq-dan yuxarı) tatami üzərinə çıxacaqlar.

Milli Paralimpiya komandamızın “Tokio-2020”də qazanılmış lisenziyaların sayı 31-ə çatıb. Onlardan 11-i cüdo, 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 3-ü pauerliftinq və 2-si güllə atıcılığı növündəndir.

“Rio-2016” XV yay paralimpiya oyunlarına millimiz 22 lisenziya qazanmışdı.

Həmin kateqoriyadan