“46-cı dəqiqədə qol buraxmaq konsentrasiyanın düşməsi ilə bağlıdır”

Premyer liqanın 6-cı turunda 1:2 hesabı ilə bitən “Qəbələ” – “Neftçi” oyunundan sonra, meydan sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir:

“Bizi çətin oyunun gözlədiyini bilirdik. “Neftçi” yaxşı komandadır, heyətində ustalıq səviyyəsi yüksək olan futbolçular var. Birinci hissədə düşündüyümüzü yerinə yetirməyə çalışırdıq. İkinci yarıda konsentrasiyanın aşağı düşməsi ilə rəqib qollar vurdu. Amma ümumi götürəndə oyundan razıyam.

İnanıram ki, getdikcə daha balanslaşmış komanda görəcəyik. Çempionatda hər rəqibə xüsusi hazırlaşmaq lazımdır. Güclü və ya zəif anlayışı fərqi yoxdur. İlk yarıda üstünlük daha çox bizdə idi, daha motivasiyalı idik. 46-cı dəqiqədə qol buraxırıqsa, bu, konsentrasiyanın düşməsi ilə bağlıdır.

Komanda ani səhvdən qol buraxır, toparlanmağa çalışır və 2-ci dəfə topu qapısında görür. Kondisiya baxımından problem yoxdur, 90 dəqiqə hücumda ola bilirik. Xırda nüansları aradan qaldıracaq və daha yaxşı komanda görəcəyik”. 

Həmin kateqoriyadan