“60-ci dəqiqədə oyundan düşdük”

Premyer liqanın 24-cü turunda “Araz-Naxçıvan” öz meydanında “Zirə”yə 0:3 uduzub. Allsport.az xəbər verir ki, ev sahibinin baş məşqçisi Azər Bağırov oyun haqda danışıb:

“Rəqibi təbrik edirəm. Birinci hissədə istədiyimiz kimi mübarizə apardıq. 60-ci dəqiqədə oyundan düşdük və məğlub olduq. Bu məğlubiyyəti yaddan çıxarmalı, toparlanıb, qarşıdakı oyunlara koklənməliyik.

Ləğv edilən penaltı epizoduna gəldikdə, son oyunlarda daha çox əleyhimizə qərarlar verilir, halbuki orada ofsayt yox idi. Birinci hissədə epizodlarımız oldu, xüsusilə Orxan Əliyev imkanı dəyərləndirsəydi, oyunun axarı dəyişə bilərdi.

Belə görüşlərdə uduzmaq məşqçiyə pis təsir edir, hansı ki birinci hissədə istədiyimiz kimi oynayırdıq, qol epizodları yaradırdıq. Təəssüflər olsun.

Hər 3 qol epizodunu rəqibə demək olar, özümüz verdik. “Zirə” bizə çətinlik yaratmadı, amma səhvlərimizdən istifadə etdi”.

Həmin kateqoriyadan