- Baxış sayı: 43
- 23 İyun 2026 15:47
- Baxış sayı: 221
- İyun 23, 2026
- 0

Premyer liqanın 5-ci turunda “Qarabağ”ı qəbul edən “Kəpəz” 0:1 uduzub. Allsport.az saytı xəbər verir ki, bu, Gəncə təmsilçisinin mövsümdə 5-ci məğlubiyyəti olub.
“Sarı-göylər” son 7 mövsümün antirekordunu edib. Bu müddətdə başqa heç bir komanda ilk beş turu xalsız başa vurmayıb.
Bu taleyi yaşayan sonuncu komanda AzAL olub. Bakı təmsilçisi 2015/16 mövsümünün əvvəlində 5 yenilgini sıralayıb.
“Kəpəz” də tarixinin ən uğursuz startını yaşayb. Gəncə komandası heç vaxt ilk 5 oyunda uduzmamışdı. 2012/13 mövsümünə 4 məğlubiyyətlə başlayan “sarı-göylər”, 5-ci görüşdə qələbə qazanmışdı.