85-illikdə 4 qollu qələbə

Bu gün premyer liqada 20-ci tura start verilib. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə 2 görüş olub. “Keşlə” evdə “Sumqayıt”la 1:1 edib.

Günün digər oyununda, yaranmasının 85-illiyini qeyd edən “Neftçi” öz meydanda “Qəbələ” ilə üz-üzə gəlib və 4:0 hesabı ilə qalib gəlib.

17:00. “Keşlə” – “Sumqayıt” – 1:1

Qollar: Amil Yunanov, 45 (1:0), Franko Flores, 57-avtoqol (1:1)
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Eyyub İbrahimov, Fərid Hacıyev
“ASK arena”

19:37. “Neftçi” – “Qəbələ” – 4:0

Qollar: Eddi İsrafilov, 7, 90+5, Mamadu Mbodj, 17, Gilyerme Pato, 81
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
“Bakcell arena”

Həmin kateqoriyadan