“9-illik fasilədən sonra səfərdə qələbə qazanmaq böyük sevincdir”

“Turan Tovuz” premyer liqanın 2-ci turunda səfərdə “Səbail”i 1:0 üstələyib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov bunu söyləyib:

“9-illik fasilədən sonra səfərdə qələbə qazanmaq böyük sevincdir. Futbolçularımı təbrik edirəm, ilk dəqiqədən final fitinə dək mübarizə apardılar. Azarkeşlərimizə xüsusi təşəkkür edirəm. Tovuzdakı oyunda da möhtəşəm atmosfer vardı. Bu gün də onların dəstəyini hiss etdik. Yeni komandayıq. Bu gün hər bir nəticə ola bilərdi. Heç bir nəticə bizi ruhdan salmalı deyil.

“Qəbələ” ilə oyundan sonra da futbolçularıma bildirmişdim ki, ruhdan düşməsinlər. Çempionat uzun bir marafondur. Səbrli olub, inkişaf etməliyik. Yeni gələn futbolçuların komandaya uyğunlaşmaları sevindirici haldır. Bildiyiniz kimi “Qarabağ”la oyunumuz təxirə salındı. “Qarabağ”a da uğurlar arzu edirik. Növbəti oyuna var gücümüzlə hazırlaşacağıq”.

Həmin kateqoriyadan