- Baxış sayı: 24
- 22 Sentyabr 2026 12:48
- Baxış sayı: 233
- Sentyabr 17, 2026
- 0

Kriştianu Ronaldu yeni mövsümdə ilk oyununda fərqlənməyi bacarıb.
Allsport.az xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu Səudiyyə Ərəbistanı çempionatının 2-ci turunda “Əl-Riyad”la oyunun 62-ci dəqiqəsində meydana çıxıb.
83-cü dəqiqədə cərimə meydançasının mərkəzində topu Ayman Yəhyadan qəbul edən Ronaldu dönərək dəqiq zərbə endirib və hesabı 4:0 edib.
Bu qol portuqaliyalı futbolçunun karyerasında 977-ci qol olub. Ronaldu klub səviyyəsində 831, milli komandada isə 146 qol vurub.