Azərbaycanlı hücumçu vurduğu qolu vəfat edən babasına həsr etdi

Portuqaliyanın “Tondela” klubunda çıxış edən azərbaycanlı hücumçu Renat Dadaşov ağır itki üz verib.

Allsport.az xəbər verir ki, 22 yaşlı futbolçunun babası ölüb. O, bu barədə “instaqram” hesabında paylaşım edib.

Dadaşov Portuqaliya çempionatının 7-ci turunda “Famalikan”ı məğlub etdikləri oyundan (3:2) sonra babasının vəfat etdiyini öyrənib. Hücumçu, sözügedən oyunda vurduğu qolu mərhum babasına həsr edib:

“Matçdan sonra oyunlarımı bir daha canlı olaraq izləyə bilməyəcəyini öyrəndim. Baba, hər şey sənin üçün idi. Kaş, bu anları görə bilərdin. Əminəm ki, görürsən. Səndən ötrü sonsuzadək darıxacam”.

Həmin kateqoriyadan